Müğənni Emil Bədəlov sosial şəbəkədə qızları Səadət və Zeynəbin yeni fotolarını paylaşıb.
“Yeni Gündəm”-in Lent.az-a istinadən məlumatına görə, ifaçı bildirib ki, qızı Səadətin 9 yaşını qeyd edir:
“Mənim gözəl, ağıllı-kamallı qızım, ad günün mübarək. Allah səni xoşbəxt etsin. Bütün xeyir işlərinizi görməyimi nəsib etsin. Allah həmişə üstündə olsun”.
Qeyd edək ki, Emil Xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəlidir.