Xalq artistinin qızını görənlər tanımadı – FOTObackend

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova yeni görüntüsü ilə gündəm yaradıb.

“Yeni Gundem” publika.az-a istinadən xəbər verir ki, anası kimi artıq çəkidən keçirdiyi əməliyyatlar sayəsində xilas olan İlqarə Kazımova tanınmaz hala düşüb. İnanılmaz dərəcədə arıqlayan İlqarə saçlarını saraldıb, gözlərinə isə mavi linza taxıb. O, yeni görüntülərini instaqramda bölüşüb.

İzləyiciləri onun bu dəyişiminə heyran qaldıqlarını qeyd ediblər. Bir qismi isə onun Ukrayna əsilli müğənni Ani Loraka bənzədiyini bildiriblər.

Qeyd edək ki, İlqarə Kazımova oktyabrın 7-də 33 yaşını qeyd edəcək.

İlqarə Kazımova oktyabrın 7-də 33 yaşını qeyd edəcək.