Azərbaycanın tarixinə son iki yüz ildə bir çox şanlısəhifələrlə yanaşı, faciələr və soyqırımlarla, müsibətlərlə dolu səhifələr də yazılıb.
Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar.
Azərbaycanlılar, o cümlədən Anadolu türkləri, yəhudilər, gürcülər ötən əsrin ayrı-ayrıdönəmlərində erməni şovinizminin təcavüzünəməruz qalsalar da, dünya ictimaiyyəti həqiqəti, əslində nəyin baş verdiyini etiraf etməkdən uzaq olubdur. “Məzlum xalq” adı altında gizlənən ermənilər nəinki Qafqazda və Azərbaycanda, dünyanın əksər ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. XIX əsrdən başlayaraq kök atan erməni millətçiliyi vəseparatizmi Qafqazda və Türkiyə ərazisindəişğalçılıq niyyətlərini həyata keçirmək, tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” reallaşdırmaq üçün ardıcıl olaraq həm hərbi, həm dəideoloji vasitələrdən yararlanıb. “Daşnaksütyun” və“Hnçak” kimi təşkilatları yaradıb mənfur ideyalarına start verən ermənilərin Azərbaycan xalqına qarşıhəyata keçirdiyi soyqırımı və deportasiya siyasəti planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlədavam etmişdir. Yüzillər boyu davam edən davakar siyasət nəticəsində əzəli Azərbaycan torpaqlarıqəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinəöldürülmüş, minlərlə maddi və mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılmış və ya erməniləşdirilmişdir.
XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqlarısoyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə Bakıda vəqəzalarda misli görünməmiş soyqırımı həyata keçirmişlər. Həmin dövrdə minlərlə azərbaycanlı, həmçinin etnik azlıq təşkil edən dağ yəhudiləri soyqırımına məruz qalmış, yüzlərlə kənd dağıdılmış, dinc əhali qaçqın vəziyyətinədüşmüşdür. Ermənilərin azərbaycanlılara qarşısoyqırımı və deportasiya siyasəti sonrakı illərdə dədavam etmişdir. 1948-1953-cü illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan ərazisindəöz ata-baba yurdlarında yaşayan azərbaycanlıların deportasiyasına nail olan ermənilər 1988-ci ildə yüz minlərlə azərbaycanlını Ermənistandan qovmaqla etnik təmizləmə siyasətini başa çatdırdılar. Bu müddətdə Avropa ölkələrində xüsusən türk diplomatlarına qarşı çoxlu sayda terror həyata keçirən ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda da terroçuluq dalğasınıgenişləndirdilər.
Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Səfərli Yağmur Səməd qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti