Xankəndində “Azərbaycan casusu” tutublarbackend

Rusiya sülhməramlılarının məsuliyyət bölgəsində qeyri-qanuni fəaliyyət göstərən qondarma rejimin “Milli Təhlükəsizlik Xidməti” bir erməni hərbi qulluqçunun “dövlətə xəyanət” ittihamı ilə yaxalandığı haqda məlumat yayıb.

Xəbərdə yerli vətəndaş olan hərbi qulluqçunun 2021-ci ilin iyul ayında xarici dövlətin (yəqin ki, Azərbaycan nəzərdə tutulur) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğu məlum olub. O, “dövlət sirri” təşkil edən hərbi və dövlət məlumatlarını toplamaq və ötürmək öhdəliyi götürüb.

Topladığı məlumatları istifadə etdiyi müxtəlif mobil proqramlar vasitəsilə xarici kəşfiyyat xidmətinin nümayəndəsinə ötürüb.

Adı açıqlanmayan şəxsə ittiham elan edilib, həbs edilib.//Turkustan.az