Vətən müharibəsi qazisi Xəqani Muradov təhsil haqqını ödəyə bilmir. Xezerxeber.az xəbər verir ki, o, Ukrayna Biotexnologiya Universitetinin tələbəsidir. 24 yaşlı gənc deyir ki, 1-ci kursu uğurla bitirsə də, 2-ci kursda təhsilini davam etdirmək üçün təhsil haqqı ödənişi etməkdə çətinlik çəkir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Xəzər Xəbər”ə açıqlamasında müharibə veteranı adı almış şəxslər üçün yeni güzəştlərin müəyyənləşdiyini bildirib.
Onun sözlərinə görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bəs xarici ölkələrdə ödənişli təhsil alan Vətən müharibəsi iştirakçılarına da güzəşt edilə bilərmi?