Dövlət proqramı yalnız proqramda göstərilən sahələri əhatə edəcək.
“Yeni Gündəm”-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı deyib.
O qeyd edib ki, bu ilki proqramda universitetlərin reytinqindən əlavə, göstərilən ixtisasların həmin universitetdəki reytinqi də nəzərə alınacaq.
Martın sonuna qədər nazirlik tərəfindən ilkin siyahı ictimaiyyətə təqdim olunacaq.