Xaricdə təhsillə bağlı Dövlət Proqramına xərclənən vəsait açıqlandıbackend

Xaricdə təhsillə bağlı Dövlət Proqramına 300 milyon dollar xərclənib.

Bunu Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”-nə həsr olunan tədbirdə deyib.

O bildirib ki, bu layihə 2030-cu ilə qədər davam edəcək:

“Hazırda Dövlət Neft Fondu iki layihə maliyyələşdirir və hər iki layihə təhsillə bağlıdır. Xaricdə təhsillə bağlı Dövlət Proqramına 300 milyon dollar xərclənib. Bu da Prezident İlham Əliyevin təhsilə olan diqqətinin nəticəsidir”.

APA