Ötən il Azərbaycan xarici ölkələrdən 1 milyon 594 min 808 ədəd hava ilə doldurula bilən toplar idxal edib.
Yeniavaz.com xəbər verir ki, xaricdən gətirilən 1 ədəd topun orta gömrük dəyəri 1 manat 34 qəpik (79 sent) olub.
Məlumat üçün qeyd edək ki, idxal olunan ümumi topların 91,6%-i və ya 1 milyon 461 min 105 ədədi Çinin payına düşüb. Çindən gətirilən 1 ədəd topun orta gömrük dəyəri 1 manat 8 qəpik olub.
Onu da qeyd edək ki, idxal olunan topların hansı idman növlərinə (futbol, voleybol, basketbol və s.) aid olduğu açıqlanmasa da, ehtimal etmək olar ki, daxili bazarda ən böyük tələbat futbol toplarınadır.
Digər ölkələrdən idxal olunan topların sayı və 1 ədəd topun orta gömrük dəyərini təqdim edirik: