Xarici müşahidəçilər Xankəndidə səsvermə prosesini izləyiblərbackend

Özbəkistan, Serbiya, Belarus və Moldovadan olan xarici müşahidəçilər Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səsvermə prosesini izləyiblər.

Müşahidəçilər 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində olublar.

Onlara seçki prosesi barədə məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Report