“Mətanət xanımı illərdir tanıyıram, öz ayaqları üstə dayanan, zəhmətkeş, zülmkar qadın, balalarını tək böyüdən ana, gəlinini sevib, ona ən gözəl daş-qaşları alıb, çoxlarının arzusunda olduğu, lakin edə bilmədiyi ulduzlarla dolu toy edən qayınana…”
“Yeni Gündəm” xəbər verir ki, bunu müğənni Xatirə İslam bir neçə gündür gəlini ilə qalmaqalda adı hallanan Əməkdar artist Mətanət İsgəndərli haqda deyib.
Həmkarının zəhmətkeşliyindən bəhs edən Xatirə onun yaxşı qayınana olduğunu bildirib: “Mən buradan üzümü tuturam sosial şəbəkələrdən istifadə edib, öz aləmində kimisə vurmağa çalışanlara, unutmayın, insanı Allah vurmasın, alçaltmasın, bəndə heç kimdir və o pislik həmin insanların özünə qayıdır. Həyatda tək qalır, bir qarnı ac, bir qarnı tox, Allah ruzini belə əsirgəyir. Mətanət xanım gəlininə hər cür şərait yaradıb, ona gözəllik salonu da açıb, bizi dəvət etmişdi. Bir qayınana daha nə etməlidir? İnanıram ki, o gəlinimiz də səhvini başa düşüb Mətanət xanımdan üzr istəyəcək. Hər evdə söz-söhbət ola bilər, bunu bayıra çıxarmaq olmaz. Bu gündən etibarən sənətdə olan hər kəsdən dönə-dönə xahiş edirəm, bizim aramızda nə olsa da bunu ictimailəşdirməyək. Hər şeyi danışıb özünüzü gözdən salmayın, bu, bizim sənətə yalnız baş alçaqlığı gətirir. Həddən artıq səmimilik insanı gülünc və ucuz göstərir”.