Müğənni Xatirə İslam dünən birgə qonaq olduğu “Şou ATV” proqramında Əməkdar artist Vasif Məhərrəmlinin müzakirələrə səbəb olan ifadəsinə münasibət bildirib.
“Yeni Gündem” xəbər verir ki, sənətçi instaqram səhifəsində açıqlama yayaraq anlaşılmazlıq yarandığını iddia edib.
O, həmkarını müdafiə edərək Əməkdar artistin etikadan kənar söz demədiyini vurğulayıb:
“20 illik dostum, üstümüzdə göz-nəzər var. Qətiyyən əsəbiləşmək olmaz. Çünki sənin necə savadlı və mədəni bir ailə başçısı olduğunu illərdir görürük. Sən harda nəyi deyəcəyini hamıdan gözəl bilirsən. Vasifin orada işlətdiyi cümlə budur: “Üzünü niyə çöyürdün (çevirdin) ağız?” Qazax ləhcəsində belədir”.