“Menajerimi Ara” adlı seriala çəkilərkən süd vəzi xərçəngi səbəbindən ekran işindən ayrılan türkiyəli aktrisa Canan Ergüder xəstəliyə qalib gəlib.
“Yeni Gündəm” “TV100”ə istinadən xəbər verir ki, o, yaxın zamanlarda “Alev Alev” serialında görünəcək.
Ergüder ekran işində “Pedagog Demet” obrazını canlandıracaq.
Bununla da o, xəstəliyə qalib gəldikdən sonra ilk dəfə ekranlara dönəcək.