“İndi vəziyyətim yaxşıdır. Demək olar ki, xəstəliyini böyük bir qismi geridə qaldı. Hazırda müalicə olunuram. Hələ 5 il də bu müalicə davam etməlidir”.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni deyib. “Zaurla Günaydın” verilişinə dəvət olunan sənətçi 21 şüa qəbul eydiyini etiraf edib:
“Məndə xəstəlik sinə tərəfdədir. Əsasən şüa qəbul edirdim. Bu günə qədər 21 şüa götürdüm. Hər gün 5 dəqiqə şüa qəbul edirdim. Orada məndən başqa xəstələr də var idi. Baxırdım ki, ən yüngül xəstəlik məndədir”.
Xatırladaq ki, bu ilin iyulun 28-də Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlanıb. O, Türkiyədə əməliyyat olunub.