Xərçəng xəstəliyinə tutulan müğənni Zeynəb Həsəni səhhətindən danışıb.
”Yeni Gündəm” xəbər verir ki, hazırda Türkiyədə olan sənətçi vəziyyəti ilə bağlı “Elgizlə izlə” verilişinə açıqlama verib.
Zeynəb müayinələrdən sonra onda xərçəng xəstəliyi aşkarlandığını, buna görə də əməliyyat olunduğunu bildirib:
“Bir az problemim var idi. Özümdə narahatlıq hiss etdim və həkimə gəldim. Müayinələrdən keçəndə məndə bu xəstlik aşkarlandı. İnşallah müalicələrlə keçəcək. Əməliyyat olundum”.