Ağır xəstəliklə mübarizə aparan tanınmış aparıcı Tahirə Məmmədqızının əməliyyat olunacağı tarix müəyyən olunub.
Bu barədə Yenicag.az-a aparıcı özü məlumat verib:
“Sabah, ya da o biri gün əməliyyat olunacağam. Allaha yalvarıram ki, məni hərbi xidmətdə olan övladıma bağışlasın. Həkimim deyir ki, “uşaqlıq” orqanım çıxarılsa, yaşamaq şansım yüksək olacaq”.
Aparıcı bütün xərclərin həkim Elman Əzimov tərəfindən qarşılandığını bildirib:
“Bu günə qədər bütün müayinə, müalicə, əməliyyat xərclərimi Elman Əzimov üzərinə götürüb. Ona minnətdaram”.