Xətai İcra Hakimiyyəti, bu fokus nömrəsini bizə də öyrədin….backend

Telejurnalist Rasim İsmayılov öz facebook səhifəsində Xətai Rayon İcra Hakimiyyəti sərt tənqid edib.

Yeni Gundem” xəbər verir ki, ərazidə qanunsuz tikiliyə rəvac verildiyini vurğulayan jurnalist İcra Hakimiyyətinə sual ünvanlayıb. “Sarayevo 13 ünvanının həyətində yerləşən 20 kvatratmetrlik dəmir qaraş bir gecənin içində necə böyüyüb 40 kvadratmetrlik obyektə çevrildi? Bu fokus nömrəsini mənə də deyin bəlkə bu üsulla mənzilə istilik gətirə bildim”

İcra Hakimiyyətindən isə istehza doğuran cavab verilib: “COP29-la əlaqəli olaraq biz bütün küçə boyu, məhlədaxili hər yerdə çalışırdıq ki, səliqə-sahman olsun. Bunun üçün sahibkarlara müraciət edirik. Təklif edirik ki, obyektlərini səliqəyə salsınlar. Sözügedən yer də meyvə dükanı olub. Sadəcə olaraq səliqəyə salınıb”.

COP20 tədbirinin bitməsi barədə İcra Hakimiyyətini məlumatlandıran jurnalist 20 kvadratmetrlik qarajın bir gecədə 40 kvadratlıq obyektə çevrilməsi prosesini mötəbər tədbirlə əlaqələndirilməsini gülünc adlandırıb.Ajans.az