Xətaidə hipermarketə silahlı basqın zamanı həlak olan Rüfət Həşimov dəfn edildibackend

Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu dəfn olunub.

“Yeni Gundem” xəbər verir ki, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Cinayətkar görülən tədbirlərlə zərərsizləşdirilib.

Xatırladaq ki, insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

Mərhum Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır.Report