Aprelin 11-də Xətai rayonu, Orxan İsmayılov küçəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə etinasızlıq nümayiş etdirilib.
Belə ki, Vətən müharibəsi şəhidləri – Əli Qasımov, Fərid Əsgərov və Orxan İsmayılovun xatirəsinə həsr olunan abidənin qarşısında yük maşını park olunub. Daha sonra isə əraziyə zibil boşaldılıb.
Görüntülərdə gecə 04:34 radələrində əraziyə gələn yük avtomobilinin dövlət qeydiyyat nişanı aydın oxunmadığından hadisənin kim tərəfindən edildiyi məlum deyil.
Qeyd edək ki, yük avtomobilinin əraziyə boşaltdığı zibili Dövlət Dəmir Yolları İdarəsinin əməkdaşları təmizləyiblər.
Daha ətraflı Baku TV-nin süjetində: