Uzun illərdir TV və mediadan uzaq gəzən müğənni Xəyalə Manaflı şou-biznesə qayıdıb.
“Yeni Gündem” xəbər verir ki, sənətçi karyerasına ingilis dilində ifa etdiyi mahnısını ekranlaşdırmaqla geri dönüş edib.
Musiqisi Elnur Talıblı, sözləri Jarvisə məxsus bəstə “Anamorph” adlanır. Xəyalə layihədə nitq və eşitmə qüsurlu insanları nəzərə alaraq mahnını işarət dilində oxuyub.
Klip sənətçinin “Youtube” kanalına yerləşdirilib.