Xəzər dənizində zəlzələ oldubackend

Bu gün yerli vaxtla saat 21:00-da Astara stansiyasından 45 km cənub-şərqdə, Xəzər dənizində maqnitudası 3.1 olan yeraltı təkanlar qeydə alınıb.

Bu barədə “Yeni Gundem”-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib

Bildirib ki, zəlzələ ocağının dərinliyi 11 kilometr təşkil edib.

Xidmətdən o da qeyd edilib ki, zəlzələ hiss olunmayıb.