“Xəzər İnşaat XXI əsr” MTK barədə icraat başladıldı – Cəriməbackend

Bakıda böyük tikinti işləri həyata keçirən “Xəzər İnşaat XXI əsr” MTK barəsində icraat başladılıb.

”Yeni Gundem” xəbər verir ki, “Xəzər İnşaat XXI əsr” MTK İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan maddəsini pozub.

Tələbi pozulan maddə 430.4-ə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

MTK-nın işinə 1 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.Tribunainfo.az