Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib.
“Yeni Gundem” paylaşımı təqdim edir:
“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi amansız Mart Soyqırımının 105-ci ildönümündə sistemli etnik təmizləmə və nifrət siyasətinin günahsız qurbanlarının xatirəsini yad edirik. Biz cəzasızlığa son qoymalı və ədaləti bərpa etməliyik ki, ən ağır cinayətlər cəzasız qalmasın!”.