XİN “Diplomatiya könüllüləri” qəbulu elan edirbackend

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərlə tanış olduqdan sonra, tələblərə uyğun olduqları təqdirdə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

10 aprel 2023-cü il müraciətlərin qəbulu üçün son tarixdir.

Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.

Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.

Fərahim Rəhimov