“Xırdalan”, “Tuborg”, “Kuler” və “Baltika 9” pivələrinin istehsalçısı cərimələndi – QƏRARbackend

Abşeron Rayon Məhkəməsində “Calsberg Azerbaijan” MMC-yə yazılan inzibati protokola baxılıb.

“Yeni Gundem”-in xəbərinə görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: Baş direktoru Alius Antulis olan “Carlsberg Azerbaijan” şirkəti “Xırdalan”, “Tuborg”, “Xırdalan Draft”, “Xırdalan Export”, “Kuler”, “Əfsanə”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Jiqulyovskoye firmennoye”, “Kvas Taras” pivələrini istehsal edir.Pravda