Xırdalanda müəllimlərdən pul tələb edən müdirə şiddətli töhmət verildibackend

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bağçanın fəaliyyəti nəzarətə götürülüb.Xatırladaq ki, Fəranə Məhərrəmovanın “fond pulu” tələb etdiyi ilə bağlı səs yazısı yayılmışdı.

Müdir məcburi şəkildə “fond pulu”nun yığılmasını tələb edir:

“Bu bağça üçün öz hesabıma hər şey etmişəm. Heç bir müəllim ilə artıq işləməyəcəyəm. 24 uşaqdan Yeganə müəllimə 3 uşağın “fond pulu”sunu yığıb. Cəmi 60 manat. Bu gün 1135 manat jalüz ustasına pul vermişəm. Problem deyil. Mənim evimdə pulum var. Evimdən də o pulu göndərə bilərəm. Axı nə qədər belə olacaq? Ayağınızı-ayağınız üstə aşırıb, yelləyirsiniz. Hansı yaxşı işinizə görə? Daha bəsdir. İnsanı bu həddə çatdırmayın. Özünüz buna məni məcbur etdiniz. Özünüzə gəlin. Dostluq tanışlıq bir yerə qədər. Həddi aşmağı sevmirəm. Qrupdakı uşaqlara da eyni münasibət bəslənilmir”.