Xırdalanda sahibsiz itlər insanları qorxuya salıb – VİDEObackend

Bakının Xırdalan qəsəbəsində küçə itləri insanlar üçün təhlükəyə çevrilib. 

”Yeni Gundem” xəbər verir ki, bu haqda redaksiyamıza Xırdalan sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə şəhərdə küçə itlərinin əlindən gəzmək olmur.

Əməkdaşımız özü də dünən Xırdalan qəsəbəsində qonaq olub. Onun bildirdiyinə görə Xırdalanda hər addımbaşı küçə itlərinə rast gəlmək olur. Hətta Xırdalanda insanların sıx yaşadığı Yaşayış Komplekslərinin ərazisində də küçə itlərinə rast gəlib.

Vətəndaşların sözlərinə görə bir müddətdir ki, küçə itləriylə bağlı problemi gündəmə gətirməklərinə baxmayaraq aidiyyatı qurumlar heç bir tədbir görmür.