“Yeni Gündəm” xəbər verir ki, sənətçi bununla bağlı öz instaqram səhifəsində qısa açıqlama yaydıqdan sonra həmin şəxsin kimliyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Bundan sonra Şabanovanın bu ilin yanvarında “Həmin Zaur” proqramında qonaq olduğu buraxılış gündəmə gəlib.
Belə ki, verilişdə aparıcı Zaur Kamal bildirib ki, adını bilmədiyi şəxs televiziyaya gül buketi gətirərək Əməkdar artistə verilməsini istəyib. Həmçinin o, göndərdiyi açıqcada “XTQ-nin yaralı hərbçisi ilə evlənərsizmi?”, – deyə soruşub.
Nigar əvvəlcə bunun proqram heyəti tərəfindən qurma olduğunu iddia edib. Lakin daha sonra həmin şəxsin kim olduğunu təxmin etdiyini vurğulayıb:
“Bəlkə də o deyil, təxmin edirəm. O insan mənə yox, ailə üzvlərimə deyib. Fikri ciddidir. Hər bir qadının fəxri olar ki, hərbçi xanımı olsun. Hər zaman demişəm ki, pilot, gəmiçi və hərbçinin xanımı olmaram. Ona görə ki, xanımları onlardan qat-qat güclü olmalıdır. Çox həssas və ailəyə bağlı insanam. Elə biri ilə ailə qursam, sənəti belə unudar, daim onu düşünərəm. Onların həyatı çox ağırdır. Ən yaxşı xanımlara layiqdirlər”.
Qeyd edək ki, Nigar 2019-cu ildə Nəfsə adlı qızı övladlığa götürüb.Demokrat.az