“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin təşkilatçılığı ilə 26-İyun Silahlı Qüvvələr Günü tədbiri keçirilib.
“Yeni Gundem” xəbər verir ki, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə 26-İyun Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.
O, ölkəmizdə sabitliyinin, inkişafın, birliyin, vicdan azadlığının və tolerantlığının ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu bildirərək bu siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
Qeyd edəki, xüsusi təyinatlı qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev telefon əlaqəsi saxlayaraq, tədbir iştirakçılarını salamlayıb, təbriklərini çatdırdı.
Tədbirin bədii hissəsində tanınmış incəsənət ustalarının ifaları dinlənilib.