Yağışlı hava şəraiti nə vaxtadək davam edəcək?backend

Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xidmət rəisi Nazim Mahmudov qeyd edib ki,yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir: Yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir”.