İyulun 1-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.
YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda partiyanın Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Goranboy, Xocavənd, Beyləqan, Tərtər, Cəbrayıl, Laçın, Lerik, Zərdab, İmişli, Saatlı, Sabirabad təşkilatları aparatlarında həyata keçirilmiş nəzarət-təftiş tədbirlərinin yekunları ilə bağlı partiyanın 27 fevral 2024-cü il tarixli qərarının icra vəziyyəti, Təftiş Komissiyasının 2024-cü ilin ikinci yarımilliyi üzrə İş Planı, komissiyaya daxil olan partiyanın yerli təşkilat aparatlarının maliyyə təsərrüfat fəaliyyətinə dair rüblük hesabatlarının təhlili üzrə cədvəl və cari məsələlər müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.
Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.