Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edibbackend

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Zati-alinizə xoşbəxtlik, xalqınıza firavanlıq arzu edirəm”.