Yaponiya şəhərləri Olimpiya Oyunlarında iştirak edəcək idmançıların qəbulundan imtina edirbackend

Yaponiya şəhərləri Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıları qəbul etməkdən imtina edir.

Bu barədə “Reuters” məlumat yayıb.

Toplanış və mədəniyyət mübadiləsi tədbirləri üçün nəzərdə tutulan 500 şəhərdən 40-dan çoxu yarışlar başlayana qədər əcnəbiləri qəbul etməkdən imtina edib.

Buna səbəb sözügedən şəhərlərdə koronavirusla bağlı vəziyyətin ağırlaşması olub