Yasamalda ağır yol qəzası baş verdi, xəsarət alanlar var – VİDEObackend

Yasamal rayonunun Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gundem”in məlumatına görə, bugün saat 15:10 radələrində Yasamal rayonu Şərifzadə küçəsində mikroavtobuslar toquşub.

194 nömrəli avtobus sürücüsünün verdiyi məlumata görə, işıqforda 18 nömrəli mikroavtobus 194 nömrəli avtobusu vurub.

Qeyd edək ki, 2 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.