Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdləri dərsə gəlməkdən imtina edib.
“Yeni Gündəm” xəbər verir ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir.
Belə ki, əvvəlki illərdə səhər növbəsində dərsə gələn şagirdlərin yeni tədris ilindən ikinci növbəyə məktəbə gətirməkdən imtina ediblər. Bu qərar valideynlərlə məsləhətləşmədən və onlara xəbərdarlıq olunmadan qəbul olunub. Valideynlərin əksəriyyəti 18 saylı məktəbi məhz bir növbəli olduğuna görə seçiblər. Bu dəyişiklik işləyən valideynləri çətin vəziyyətə salıb. Valideynlər müvafiq qurumlara müraciət etsələr də heç bir cavab almayıblar.
Valideynlər bildiriblər ki, övladları birinci növbəyə qaytarılmayına qədər dərsə gəlməyəcəklər.