Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı növbəti məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
“Yeni Gundem” xəbər verir ki, məktub Ermənistanın BMT-dəki daimi nümayəndəsinin təşkilatın baş katibinə ünvanladığı məktubda yer alan Azərbaycana qarşı əsassız ittihamlara cavabdır. Məktubda səfir uşaqların Ermənistanda hərbi xidmətə cəlb edilməsi ilə bağlı toplanmış təfərrüatlı məlumatları təqdim edib ki, bu da beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.