“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilibbackend

Energetika Nazirliyinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər NazirliyininBirləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətinin dəstəyi ilə Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada ümumilikdə 1 hektar ərazidə 600-dən çox müxtəlif növağac tingləri əkilib. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edəndbirin məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizətöhfə verməkdir.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə Energetika Nazirliyinin aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Masdar şirkətinin Azərbaycan ofisinin əməkdaşları iştirak edib.