“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilibbackend
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Bu barədə “Yeni Gundem”-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirliklərin nümayəndələrinin, 42 ölkədən 70-dən artıq xarici tələbənin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkib.

Belə təşəbbüslərdə gənclərin fəal iştirakı həm ətraf mühitin qorunmasına, həm ekoloji şüurun artırılmasına, həm də gənclər arasında yaşıl düşüncə tərzinin formalaşmasına töhfədir.