Bu gün dünyanı narahat edən qlobalproblemlərdən biri də iqlim dəyişmələridir.İqlimdəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinintəsirindən kənarda qalmamışdır. Kəndtəsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır.
Buproblemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsiməqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminəhəmrəylik ili” elan edilməsi haqqında sərəncamimzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadiinkişafa dair beş milli prioritetlərindən biri“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimimüəyyən edilmişdir. Həmin prioritetə uyğunolaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, suehtiyatlarından və dayanıqlı enerji. mənbələrindən səmərəli istifadənin təminedilməsi istiqamətində işlər aparılır.Təmizləməqurğularının quraşdırılmasına, neft və qazhasilatı idarələrinin istismar etdikləri mədənərazilərində neftlə çirklənmiş torpaqlarıntəmizlənməsinə və yaşıllaşdırılmasına böyükhəcmdə vəsaitlər ayrılmış, ekoloji layihələrhəyata keçirilmişdir.Azərbaycan ətraf mühitinqorunmasına, iqlim dəyişmələrinin mənfitəzahürlərinin qarşısının alınmasına xüsusiönəm verir.Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindənbirinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmişərazilərin və Naxçıvan Muxtar Respublikasının“yaşıl enerji” zonası elan olunması,bu sahədəaparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinindərin məzmunundan xəbər verir. Müstəqillikillərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsindəəsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, havakimi insan həyatı üçün əvəzsiz təbii nemətlərin, meşə ehtiyatlarının, canlı aləmin mühafizəsihəmişə bu sahənin prioritet məsələləriolmuşdur..Əgər yaşıl dünya ilə bağlı düzgünaddımlar atsaq,gələcəyə dair ən vacib mirasolacaqdır.
Aişə Məmməd,
Azərbaycan Dillər Universiteti