“Ölkə daxilində və həmçinin xaricdən ölkə daxilinə girişi olan online ticarət platformlarında Azərbaycan istehlakçının hüquqlarının müdafiəsinin təşkili vacibdir. Məsələn, ölkə daxilində məhşur platformlarda sifariş edilən parfümlər ən yaxşı halda dubay versiyasıdır, adətən isə çin və kambocada hazırlanan replikalardır. Hamısı da orijinal qiymətə satılır”.
“Yeni Gundem”-in xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib.
Y.Hacıyeva qeyd edib ki, xaricdən sifariş edilən istehlak malları sahəsində isə vəziyyət bərbaddır və çox zaman keyfiyyətsizi göndərilir, çünki Azərbaycandan qaytarılma nəzərdə tutulmur: “Keçən həftə “Trendyol”dan 9000 lirəyə yeni pencək sifariş etmişəm, yerinə astarı cırıq, kirin içində “second hand” pencek göndərilib. Geri qaytarma da mümkün deyil, çünki Azərbaycandan qaytarılma nəzərdə tutulmur. “Yalnız qüsurlu olduğu halda, ödənilən məbləğin qaytarılması nəzərdə tutulur” bildirildi, trendyol dəstək qrupu astarı cırıq, cibi, yaxası və çiyninin birin kir kəsmiş penceyi qüsurlu hesab etmədi. Onsuz da adətən belə olur, ucuz qiymətlə bazara girib qeyri bərabər rəqabətdə yerli biznesi çökdürürlər. Yerli bazar çökəndən sonra da keyfiyyətsiz mallarla yerli istehlakçıların hüquqlarını pozurlar. Bu sahədə Azərbaycan istehlakçılarının hüquqlarının müdafiəsinin işlək mexanizmlərinin tətbiqi vacibdir”.