“Yelo Bank”ın ticarət və investisiya qiymətli kağızlarının məbləği 33 milyon manat azalıbbackend

“Yelo Bank”ın bu ilin yanvar-sentyabr aylarında ticarət və investisiya qiymətli kağızların məbləği bu ilin əvvəli ilə müqayisədə 10,8 dəfə, yaxud da 33 milyon 350 min manat azalaraq 3,4 milyon manat təşkil edib.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bununla yanaşı, bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin məbləği ilin əvvəli ilə müqayisədə 12,8% artaraq 119 milyon 785 min manat təşkil edib.