Yeni Azərbaycan Partiyası seçkiqabağı təşviqat kampaniyasına start veribbackend

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 9-da seçkiqabağı təşviqat mərhələsi başlanıb.

Seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyası (YAP) təşviqat kampaniyasına uğurla start verib.

Avqustun 9-u saat 00:00-dan etibarən YAP-ın 125 seçki dairəsi üzrə deputatlığa namizədlərinin təşviqat plakatları qanunvericiliyin tələblərinə  müvafiq olaraq müəyyən edilmiş ünvanlarda yerləşdirilib.