Tərtər rayonunun Bəyimsarov kəndində seçicilərimizlə növbəti görüşümüzü keçirdik.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdik.
Daha sonra YAP-ın seçki platforması haqqında ətraflı məlumat verdik, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlardan, bərpa-quruculuq işlərindən söhbət açdıq.