Yeni ili xəstəxanada uşaqlarla qarşıladı – Videobackend

Türkiyənin tanınmış rok ifaçısı, yardıma ehtiyacı olan insanlara daim kömək edən Haluk Levent bu dəfə də ənənəsini pozmayıb.

“Yeni Gundem” xəbər verir ki, musiqiçi Türkiyədə xəstəxanada müalicə olunan Arda və Semih adlı yeniyetmələri ziyarət edib, onlar üçün mahnı ifa edib. Həmin anın görüntülərini şəxsi tvitter hesabında paylaşan rokçu : “Söz vermişdim. Bir az əvvəl Semih və Arda ilə Yeni ili qeyd etdik. Onların vəziyyətində olan bütün uşaqlarımızın Yeni ilini təbrik edirəm”-yazıb.

Xatırladaq ki, Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı azərbaycanlı Sura Nadirovaya yardım məqsədilə ötən ilin dekabrda Bakıda konsert verib.