“Yeni Naftalan Hotel Company” şirkəti ilə bağlı məhkəmə qərarı açıqlandıbackend

Nizami Rayon Məhkəməsində “Yeni Naftalan Hotel Company” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.

Qeyd: “Yeni Naftalan Hotel Company” MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.