Azərbaycan İlahiyat İnstitutu (Aİİ) 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir təşkil edib.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, kütləvi informasiya agentliklərinin rəhbərləri və jurnalistlər iştirak ediblər.
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində, mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Rektor bildirib ki, Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğuraraq, xalqımızın milli oyanışında, birliyinin möhkəmləndirilməsində böyük rol oynayıb.
Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş Milli Mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.
Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbirdə Aİİ-nin fəaliyyətini obyektiv işiqlandıran,fəallığı ilə seçilən media nümayəndələri təltif olunublar.
Təltif olunanlar sırasında “Yeni Gundem” İnformasiya Agentliyi də olub.