Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıbbackend

Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Ağstafa rayon prokurorluğu məlumat yayıb.

Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İstintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Fərahim Rəhimov