Yevlax şəhərindən şikayətlər davam edir:Sakinləri narahat edən nədir və kimlərdir?backend

Yevlax şəhər sakinlərinin internet və telefona borcu olmadan qanunsuz internet və telefonları kəsilir. Bu barədə saytımıza ehtiyatda olan mayor, Vətən müharibəsi iştirakçısı, Qazi Bayram Hüseynov və bir qrup (Hüseynova Validə, Şəfiyeva İradə, Nizamibəy, Aliyə xanım və s.) Yevlax sakinləri məlumat verib. Saytımıza edilən müraciəti olduğu kimi Sizlərə təqdim edirik:

Bildirmək istəyirik ki, 09.03.2024-cü il tarixdə saat 09:39 radələrində Yevlax şəhərində yerləşən Poçt və Rabitə evinə yaxınlaşdıq və orada gördüyümüz mənzərə vətəndaş olaraq bizləri dəhşətə gətirdi.
Belə ki, Yevlax şəhər sakinlərinin aylıq internet və telefon borcları olmadan və xüsusilə xəbərdarlıq edilmədən telefon və internetlərinin kəsilməsinin əyani şahidi olduq. Qeyd etmək istəyirik ki, narazı olan şəxslərin bir çoxu müəllimlər idi. Mən vətəndaş kimi dərhal ilkin olaraq “170 çağrı mərkəzi”nə məlumat verdim. Rabitə evindən rəhbərliyin harada olduğunu soruşduqda mənə qonşu binada olduğunu söylədilər və biz də 10-15 nəfər şikayətimizi rəhbərliyə bildirmək üçün həmin binaya getdik. Təəssüflə qeyd etmək istəyirik ki, həmin binada mühafizədən başqa bizi heç kim qarşılamadı. Mühafizə söylədi ki, burda məndən başqa heç kim yoxdur və bu gün iş günü deyil. Rəhbərliyin iş yerində olmadığını görüb mən təkrar mobil telefonumla “170 çağrı mərkəzi” ilə danışdım və qaynar xəttə olan operatordan soruşduqda ki, bu gün Aztelekom binasında heç kim olmalı deyil? Operator mənə cavabında bildirdi ki, mütəxəssislər orda olmalıdır.

Bizim şikayətimiz ondan ibarətdir ki, əgər bizim internetimizi və telefonumuzu 06.03.2024 cü il tarixdən qanunsuz olaraq kəsiblərsə və biz 24.03.2024 cü il tarixə qədər aylıq ödənişimizi ödəmişiksə, bizim telefonumuz və internetimiz nə üçün kəsilir? Əgər qanunsuz olaraq telefon və internetimiz kəsilibsə ödəniş etdiyimiz qalan günlərin haqqını bizə kim qaytaracaq,-Deyə şikayətçilər bildirib.
Sözügedən şikayətlə bağlı qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq. Dialoq.az