Yevlaxda sakinlərin şikayəti araşdırılıb və dərhal yol verilmiş nöqsan aradan qaldırılıbbackend

Xəbər verdiyimiz kimi Yevlax şəhər sakinlərinin internet və telefona borcu olmadan qanunsuz internet və telefonları kəsilmişdi. Bu barədə saytımıza ehtiyatda olan mayor, Vətən müharibəsi iştirakçısı Bayram Hüseynov və bir qrup (Hüseynova Validə, Şəfiyeva İradə, Nizami, Aliyə və s.) Yevlax sakinləri məlumat vermişdi. Saytımıza edilən müraciəti olduğu kimi Sizlərə təqdim etmişdik. Bildiririk ki, sözügedən şikayətlə bağlı yazı dərc edildikdən sonra şikayətçilərin şikayətləri dərhal aradan qaldırılıb.
Göstərilən diqqətə görə Yevlax şəhər şöbəsinin Aztelekom xidmətinin nümayəndələrinə təşəkkür edirik!