“Yuventus” hücumçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırdır.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb. Bildirilib ki, Turin klubunun rəhbərliyi portuqaliyalı hücumçunun oyunundan məmnundur. Klub onun 2023-cü ilin yayına qədər hesablanacaq yeni bir müqaviləyə layiq olduğunu düşünür. 35 yaşlı futbolçunun özü də İtaliya klubunda oynamağa davam etmək istəyir.
Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında “Real”dan 112 milyon avroya Turin təmsilçisinə keçib. O, bu mövsüm A Seriyasında 16 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Forvardın “Yuventus” la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.