İnsanlar vaxtaşırı erotik yuxular görürlər. Bu, çoxlarınını narahat edir. Narahatçılığa əsas yoxdur, çünki sıx-sıx görülmədiyi halda belə yuxular normaldır. Amma seksoloqlar davamlı erotik yuxuların görülməsini seks azlığı, onun qaneedici, mütəmadi olmaması ilə əlaqələndirirlər.
Buna baxmayaraq, erotik yuxular həmçinin digər məsələlər haqqında da xəbər vermə qabiliyyətinə malikdirlər.
Məsələn, əgər adam özünü yuxuda lüt görürsə, deməli seksual həyatını rəngləndirmək istəyir, ya da yenilik etməyə ehtiyac yaranıb.